20:53 18-11-2019
news_image
84
AVRO-2020

"Azərbaycanla matçda hadisələrin xoşbəxt axarına ümid etməliyik" - rəqib baş məşqçi

“Komandamız Azərbaycanla oyuna tam hazırdır”.

Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal deyib.

O, AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla sabahkı görüşünə həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: 

“Ötən matçdakı nəticədən sonra hamımız üzgünük. Lakin qarşıdakı görüşə köklənməliyik. Bunun öhdəsindən gəlməliyik və hadisələrin xoşbəxt axarına ümid etməliyik. Bütün fikrim bu qarşılaşmaya yönələcək. Kardiffdəki Uels – Macarıstan matçının axarını izləyə bilmərəm. Həmin görüşdə heç-heçə olması realdır. Bizim futbolçulara çox çətin olacaq. Amma inamımızı itirmirik”.

Qeyd edək ki, noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.