20:57 18-11-2019
news_image
163
AVRO-2020

“Azərbaycan Slovakiyaya müdafiə olunmağa gəlib” - Marek Hamşik

“Azərbaycanla görüşün hazırlığı üçün vaxtımız az oldu. Xorvatiya ilə görüşdən sonra özümüzə tam gəlib, hazırlıq keçə bilmədik”.

Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin kapitanı Marek Hamşik deyib.

Təcrübəli futbolçu AVRO-2020-nin seçmə mərhələsinin sabah Azərbaycana qarşı keçiriləcək oyununa həsr olunan mətbuat konfransına qatılıb. O, matçın çətin keçəcəyini vurğulayıb: “Azərbaycan asan rəqib deyil. Onlar seçmə mərhələnin bütün oyunlarında rəqiblərinə yaxşı müqavimət göstəriblər. Düşünürəm ki, Azərbaycan yığması Slovakiyaya müdafiə olunmağa gəlib. Bu müdafiə səddini yarmaq isə bizim işimizdir. Bunu mümkün qədər tez bacarmalıyıq. Çünki matçın sonlarında daha çətin olacaq. Erkən qol vurmaq istəyirik. Bakıda asanlıqla qələbə qazanmışdıq. Bu dəfə fərqli oyun olacaq”.