22:07 18-11-2019
news_image
380
AVRO-2020

Beylin arzusu

“Təcrübəmizdən üstünlük kimi yararlana bilərik”.

Apasport.az saytının məlumatına görə, bunu Uels millisinin futbolçusu Qaret Beyl deyib.

AVRO-2020-nin seçmə mərhələsinin ötən turunda Azərbaycan üzərində 2:0 qələbədən ruhlanan böyük britaniyalılar Macarıstanla sabahkı matça kökləniblər. Qələbə ilə final mərhələsinə yüksəlmək istəyən Q.Beyl dörd il əvvəlki uğuru təkrarlamaq arzusunu dilə gətirib: “Tariximizin ilk Avropa çempionatına çıxmağın eyforiyasındayıq. Həmin vaxt orada uğurlu çıxış etmişdik. Biz yenidən eynisini təkrarlamaq istəyirik. DÇ-2018-in final mərhələsinə yüksələ bilməmək kimi pis təcrübəmizi də unutmamışıq”.

Qeyd edək ki, sabah keçiriləcək Uels – Macarıstan oyununda qalib gələn komanda final mərhələsinə yüksələcək. Heç-heçə olsa, Azərbaycanla qarşılaşan Slovakiyaya vəsiqə üçün qələbə kifayət edəcək.