22:13 18-11-2019
news_image
97
AVRO-2020

"Azərbaycanda heyəti dəyişmişdilər" - Marko Rossi

"Sabahkı oyun bizim üçün seçmə mərhələnin final qarşılaşması sayılır. Kardiffə Avropa çempionatına yollanmaq niyyəti ilə gəlmişik". 

Apasport.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan macarlar son oyununda Uelslə üz-üzə gələcək. Kardiffdə oyunöncəsi təşkil edilən mətbuat konfransında Rossi iddialı olduqlarını bildirib.

55 yaşlı mütəxəssis rəqibin iki gün əvvəl millimizə qarşı Bakıda keçirdiyi matçın heyətində dəyişiklik edəcəyini düşünür: "Uels Azərbaycanda heyəti bir az dəyişmişdi. Əminəm ki, sabah bizə qarşı ən güclü heyətləri ilə çıxış edəcəklər. Diqqətli olmalı və onların mövcud olan zəif cəhətlərindən istifadə etməliyik. Beynimdə heyəti artıq formalaşdırmışam, son məşqin ardından yekun qərarı verəcəyəm. Üç futbolçumuzu itirmişik. Onları kimlərin əvəz edəcəyi məsələsində düzgün qərar verməliyəm".

Qeyd edək ki, Uels - Macarıstan oyununda qələbə qazanan tərəf Avropa çempionatına vəsiqə əldə edəcək. Qrupun digər qarşılaşmasında Slovakiya Trnavada Azərbaycan millisini qəbul edəcək.