
19:09
İsveç milli komandasının sabiq futbolçusu Zlatan İbrahoviçin “Milan”da qazana biləcəyi məbləğ bəlli olub.
Apasport.az saytının məlumatına görə, ABŞ-ın “Los Anceles Qalaksi” klubunda çıxış edən hücumçu İtaliya təmsilçisinə keçsə, il yarım ərzində 6 milyon avro qazanacaq.
Klub rəhbərliyi 38 yaşlı skandinaviyalıya sonradan bir il artırıla biləcək yarım illik müqavilə təklif edib. Onun taleyinə yaxın 2-3 həftədə aydınlıq gələcək. Z.İbrahimoviç 2010-12-ci illərdə “Milan”da çıxış edib.
Qeyd edək ki, Los-Anceles təmsilçisi ilə müqaviləsi dekabrda başa çatacaq futbolçu klubdan ayrılacağını ötən həftə açıqlayıb.