13:30 22-11-2019
news_image

Azərbaycan çempionatında 29 komanda

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək. 

Apasport.az saytının məlumatına görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 109 boksçusu qatılacaq. 

Döyüşlər saat 15:00-da başlanacaq. Qaliblərin adına isə noyabrın 27-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.