14:28 25-11-2019
news_image
179
FUTBOL

“Sevilya” – “Qarabağ” oyununun hakimləri açıqlandı

Avropa Liqasının V turunun “Sevilya” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, noyabrın 28-də baş tutacaq matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Mohammed Al-Hakim olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi kömək edəcək. Dördüncü hakim funksiyasını Martin Stromberqsson yerinə yetirəcək.

Qeyd edək ki, Ramon Sançes Pisxuan stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.