10:15 28-11-2019
news_image
158
FUTBOL

"Qarabağ"ın növbəti oyununun hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında XIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib.

Tur Rəvan Həmzəzadənin start fiti ilə başlayacaq. Digər matçlar Elçin Məsiyev, Orxan Məmmədov və Əliyar Ağayevə tapşırılıb.

Azərbaycan Premyer Liqası
XIII tur
30 noyabr (şənbə)
“Keşlə” – “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 17:00

“Qəbələ” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev. Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu, 15:00

1 dekabr (bazar)
“Səbail” – “Neftçi”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 15:00

2 dekabr (bazar ertəsi)
“Sabah” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Bank Respublika Arena”, 20:00