16:07 04-12-2019
news_image

Azərbaycan yığması final mərhələsinə 3 taekvondoçu ilə qatılacaq

Dekabrın 6-da Rusiyanın paytaxtı Moskvada taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi start götürəcək. 

Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan yığması 3 idmançı ilə təmsil olunacaq. 

Təmsilçilərimizdən Cavad Ağayev (68 kq), Milad Beiqi Harçreqani (80 kq) və Radik İsayev (+80 kq) dayanq üzərinə çıxacaqlar. 42 ölkədən 128 idmançının qatılacağı yarışlar Moskvanın “Dinamo” İdman Sarayında baş tutacaq.

Komandamız səfərə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi altında yollanacaq. Komandamız dekabrın 8-də vətənə dönəcək.

Qeyd edək ki, dünyanın reytinqli 16 kişi və qadın taekvondoçuların mübarizə aparacağı final mərhələsinin mükafatçıları reytinqlərinə müvafiq olaraq, 80, 48 və 28,8 xal əlavə edəcəklər.