16:34 04-12-2019
news_image
286
AVRO-2020

Türkiyə millisi rəqib axtarır

AVRO-2020-nin final mərhələsində mübarizə aparacaq Türkiyə millisi yarışa hazırlıq məqsədilə 4 yoxlama oyunu keçirəcək.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın rəqiblərindən ikisi bəllidir.

Mart ayında Sloveniya və Avstriya ilə üz-üzə gələcək Şenol Günəşin komandası iyunda daha iki matça çıxmağı planlaşdırır. Hazırda Türkiyə Futbol Federasiyası həmin görüşlər üçün rəqib axtarır.

Oyunları Bakı və Romada keçiriləcək A qrupunda çıxış edəcək “ay-ulduzlular”ın yoxlama görüşlərini bu şəhərlərdən birində keçirməsi də istisna deyil. Türkiyənin sınaqçı rəqib kimi Azərbaycan millisini seçib Bakı Olimpiya Stadionuna çıxması da mümkündür.

Qeyd edək ki, Sloveniya – Türkiyə oyunu martın 27-də Lyublyanada, Avstriya – Türkiyə matçı 30-da Vyanada keçiriləcək.