22:12 05-12-2019
news_image
471
FUTBOL

“Neftçi” qalib gəldi, “Marafon” revanş aldı - YENİLƏNİB

Futzal üzrə Yüksək Liqada XI turun oyunları keçirilib. 

Apasport.az saytının məlumatına görə, günə debütantlar - “Premier” və “Record club” klublarının oyunu ilə start verilib. 

Matçda hesabı nominal qonaqlar açsa da, çempionatın bombardiri status-kvonu bərpa edbi. Ağalarov sonrakı dəqiqədə komandasına üstünlük qazandıb, amma “Record club”un kapitanı “gəmini” xilas etməyi bacarıb. Fasiləyə qədər dubl edən Ansari komandasını hesabda önə keçirib. 

İkinci hissənin əvvəlində Quba futzalçıları azı iki epizodda rəqib torunu silkələməyə yaxın olsa da, fürsəti düzgün dəyərləndirə bilməyib. “Vurmayana vurarlar” prinsipi bu dəfə “Record club”un işinə yarayıb. Matin dubl edib. Ansari də hesabındakı qolların sayını artırıb. Sona 28 saniyə qalmış 2 top fərqi ilə üstün olan “Record club”un 3 xalı qazanacağı gözlənilsə də, “Premier” ehtimalları alt-üst edib. Əyalət təmsilçisi iki qol vurmaqla xalları yarı bölüb. 

Turun mərkəzi oyununa EKOL itkilərlə çıxıb. Mehdi Panahandə və Ələsgər Ələsgərlinin adı protokola daxil edilsə də, hər iki futzalçının meydana çıxmayacağı dəqiq idi. Oyunda ilk təhlükəli vəziyyəti EKOL yaradıb. Samir Həmzəyevin zərbəsi hədəfdən yayınıb. “Marafon” 11-ci dəqiqədə hesabı açmağa yaxın olub. Tofiq Mikayılovun ötürməsini Dovqan tora qovuşdura bilməyib. Buna rəğmən, 17-ci dəqiqədə təcrübəli Borisov hədəfi dəqiq nişan alıb. 30 saniyə sonra Seymur Məmmədov da rəqibin səhvindən sonra topu ələ keçirib, amma dəqiq zərbə endirə bilməyib. İkinci hissəyə nominal meydan sahibləri qolla başlayıb. Dovqan fərqi artırmaqla bərabər, yeni komandasında da ilk qolunu vurub. 30-cu dəqiqədə “Marafon” meydanda azlıqda qalıb. Seymur Məmmədovun birbaşa qırmızı vərəqə alması EKOL üçün fərqi azaltmaq baxımından böyük imkan olsa da, “yaşıllar” bundan istifadə edə bilməyib. Sona 3 dəqiqə qalmış Dovqan dublnu rəsmiləşdirməklə komandasının üstünlüyünü 3 topa çatdırıb. Yekunda qələbə qazanan “Marafon” birinci dövrədəki məğlubiyyəıtin revanşını alıb. 

Növbəti oyunda “Xızı Futzal” “Baku Fire” komandaları üz-üzə gəlib. Renat Sultanovun yoxluğuna rəğmən, nominal qonaqlar ardıcıl qollarla fasiləyə qalib yollanıb. İkinci hissədə “Xızı Futzal” rəqibindən daha çox qol vursa da, minimalhesablı yenilgidən qaça bilməyib. Lider isə böyükhesablı qələbə ilə xal ehtiyatını artırıb. Fasiləyə qədər 5 cavabsız top vuran Alesionun yetirmələri ikinci hissədə də üstünlüyünü davam etdirib. 

Tura “Neftçi” və “Yasamal” dueli ilə yekun vurulub. “Neftçi” 3-cü dəqiqədə hesabı açıb. Fasiləyə 9 saniyə qalmış “Yasamal” tablodakı rəqəmləri eyniləşdirib. 25-ci dəqiqədə Emil Həsənzadə 6 metrlik zərbəni qolla tamamlaya bilməyib. Namaz İsmayılov toru geri qaytarmaqla komandasını ruhdan düşməyə qoymayıb. 27-ci dəqiqədə Vahib Xocayevin zərbəsi dirəyə tuş gəlib. “Neftçi” rəqibin müqavimətini növbəti dəfə 28-ci dəqiqədə qırıb. Bu dəfə Kənan Manafov fərqlənib. Bu oyunda vurulan sonuncu qol olub.
 
“Premier” (Quba) – “Record club” - (2:3) 6:6
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov
Qollar: Firudin Ağalarov, 02:55, 15:42, 39:32, Vüqar Asaliyev, 24:23, Ağaseyid Qasımov, 32:05, Sabir Əlişan, 39:43  // Matin Gharamani, 02:20, 22:28, Vahid Ansari, 16:39, 18:23, 30:21, 32:05
Sarı vərəqə: Sayedahmad Yaghoubihashjin, 15:41
 
“Marafon” – EKOL (1:0) - 3:0
Hakimlər: Əli Cəbrayılov, Mehman Mahmudov, Nahid Xasıyev
Qollar: Vitali  Borisov, 16:39, Aleksandr Dovqan, 21:11, 37:36
Sarı vərəqələr: Seymur Məmmədov, 22:34, İlkin Hacıyev, 29:46 // Fərid Ələkbərov, 02:33, Samir Həmzəyev, 08:39
Qırmızı vərəqə: Seymur Məmmədov, 30:08
 
“Xızı Futzal” – “Baku Fire” - (1:5) 6:7
Hakimlər: Anar Fərəcov, Knyaz Əmiraslanov, Elmir Quluzadə
Qollar: Məhəmməd Xəlilov, 17:50, 32:32, Fərid Abbaslı, 20:29, 30:31, 38:04, Şahin Əliyev, 23:52 // Rasif Səfiyarov, 0:49, 04:01, 17:30, 35:14, Reza Tolouei, 09:05, Rauf Rüstəmov, 12:08, Tahir Məcidov, 26:08
Sarı vərəqələr: Şahin Əliyev, 10:26, Aydın Qasımov, 17:20, Məhəmməd Xəlilov, 19:05 // Rəvan Abdullayev, 02:21
Qırmızı vərəqə: Rəvan Abdullayev, 16:44
 
“Araz” – “Bakı” - (5:0) 8:1
Hakimlər: Ramiz Məhərrəmov, Nail Nağıyev, Ramil Namazov
Qollar: Emin Abbasov, 25:15 // İsa Atayev, 02:17, 05:25, Ramiz Çovdarov, 13:28, 28:03, 32:56, Xətai Bağırov, 19:04, Nihad İsmayılov, 19:34, Murilo Borges Souza, 34:34
Sarı vərəqələr: Tural Lətifov, 26:10 // Ramiz Çovdarov, 19:34
 
“Neftçi” – “Yasamal” - (1:1) 2:1
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Fuad Həsənov
Qollar: Oruc Baxşəlizadə, 02:19, Kənan Manafov, 27:52 // İbad Məmmədov, 19:51
Sarı vərəqələr: Kamran Nəcəfzadə, 24:29, Elgün Abbaslı, 28:04, İbad Məmmədov, 31:43
Qırmızı vərəqə: İbad Məmmədov, 36:24 (ikinci sarı vərəqə)
İstifadə olunmamış penalti: Emil Həsənzadə, 24:29

1

Araz

11

11

0

0

78-16

33

2

Neftçi İK

11

8

0

3

47-35

24

3

EKOL

11

8

0

3

51-31

24

4

Marafon FK

10

7

0

3

51-23

21

5

Baku Fire

10

6

1

3

35-33

19

6

Premier (Quba)

11

4

1

6

35-48

13

7

Bakı TFK

11

3

1

7

33-54

10

8

Record club

11

3

1

7

40-50

10

9

Xızı Futzal

11

2

0

9

32-66

6

10

Yasamal İSK

11

0

0

11

29-75

0

Bombardirlər: Firudin Ağalarov (Premier, Quba) - 21, Xətai Bağırov (Araz) – 17, Ramiz Çovdarov (Araz) - 15 qol