13:21 05-12-2019
news_image
235
DİGƏR NÖVLƏR

Ukraynalı Olimpiya mükafatçısı Azərbaycanı nümunə göstərdi

“Bədii gimnastikaya himayədarlar, oliqarxlar kömək edirdilər. Amma bunlar baza tikmək üçün yetərli olmadı”.

Apasport.az saytının məlumatına görə, bunu tanınmış ukraynalı gimnast Anna Rizatdinova deyib.

2016-cı ildə keçirilən Rio Olimpiadasının bürünc mükafatçısı vətənində bədii gimnastikanın durumundan narahat olduğunu bildirib. Ukraynanın infrastruktur baxımından çox geri qaldığını vurğulayan A.Rizatdinova Azərbaycanı nümunə göstərib: “Bədii gimnastikada 1992-ci ildən başlayaraq medallar qazanırıq. Amma hələ də öz olimpiya bazamız yoxdur. Orada uşaqlar məşq edə, qidalana, yaşaya və oxuya bilərdi. Bu, bütün ölkələrdə olan şeydir. Bizdə yeganə baza Konçe-Zaspedədir ki, orada bir çox idman növlərinin təmsilçiləri hazırlıq keçir. Bədii gimnastika ayrı məşq edir. Bizim xalçalar azdır, tavanımız aşağıdır. Məsələn yığmamızın məşq etdiyi zalda iki yaxşı xalça var. Azərbaycanda isə bu rəqəm 16-dır”.

Qeyd edək ki, A.Rizatdinova 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında iki gümüş medal qazanıb.