16:06 05-12-2019
news_image
138
DİGƏR NÖVLƏR

Dünya Yaş Qrupu Yarışlarında ilk medal

Azərbaycan yığması batut gimnastikası üzrə Dünya Yaş Qrupu Yarışlarında ilk medalını qazanıb. 

Apasport.az saytının məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda keçirilən turnirdə Maqsud Maqsudov və Hüseyn Abbasov fəxri kürsüyə yüksəliblər.

İdmançılarımız 11-12 yaşlı gimnastların sinxron mübarizəsində uğur qazanıblar. Onlar 2-ci yeri tutaraq gümüş mükafata yiyələniblər.