23:09 05-12-2019
news_image
171
FUTBOL

Şenol Günəşə “Neftçi”nin forması hədiyyə olundu

AVRO-2020-nin final mərhələsinin görüşləri ilə əlaqədar Bakıya səfər edən Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş "Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena” ilə tanış olub. 

Apasport.az saytının məlumatına görə, klub prezidenti Kamran Quliyev və vitse-prezident Elnur Eyvazovla görüşən türkiyəli mütəxəssisə xatirə hədiyyəsi olaraq "Neftçi” forması verilib. 

Şenol Günəş isə Türkiyə milli komandasının imzalı formasını Kamran Quliyevə təqdim edib.

Qeyd edək ki, AVRO-2020-də A qrupunda yer alan “ay-ulduzlular” İtaliya ilə Romada, Uels və İsveçrə ilə Bakıda oynayacaqlar.