11:24 06-12-2019
news_image
61
FUTBOL

“Everton” David Moyesi qaytarmaq istəyir

İngiltərənin “Everton” klubunun baş məşqçi postuna əsas namizəd açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqadakı uğursuz çıxış səbəbindən Marku Silva ilə yollarını ayıran Liverpul təmsilçisi David Moyesi geri qaytarmaq niyyətindədir.

Şotlandiyalı mütəxəssis bu postu tutmağa əsas namizəd hesab olunur. Klub rəhbərliyi 18-ci pillədə qərarlaşan komandanı böhrandan məhz onun çıxara biləcəyinə ümid edir.

Qeyd edək ki, D.Moyes 2003-13-cü illərdə “Everton”un baş məşqçisi olub.