11:52 06-12-2019
news_image
79
FUTBOL

“Arsenal”ın futbolçusundan rekord

İngiltərənin “Arsenal” klubunun futbolçusu Aleksander Lakazett rekord vurub.

Apasport.az saytının məlumatına görə, fransalı hücumçu Premyer Liqada ən yaxşı ev qolçusu adına yiyələnib.

“Brayton”la dünən keçirilən görüşdə (1:2) qol sevinci yaşayan A.Lakazett İngiltərə çempionatında vurduğu 32 qoldan 25-nə “topçular”ın öz meydanındakı matçlarda imza atıb. O, qollarının 78 faizini evdə gerçəkləşdirib.

Bu göstəricidə A.Lakazett 30 və daha çox qol vuranların arasında ən yüksək faizə məxsusdur.

Qeyd edək ki, 28 yaşlı forvard cari mövsümdə 4 qol vurub.