10:47 07-12-2019
news_image
119
FUTBOL

“Uotford”un baş məşqçisi müəyyənləşdi

İngiltərənin “Uotford” klubunda yeni baş məşqçi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın autsayderini Naycel Pirson çalışdıracaq.

56 yaşlı ingiltərəli ilə mövsümün sonunadək müqavilə imzalanıb. O, baş məşqçi postunda 85 gün bu vəzifədə qalan ispaniyalı Kike Floresi əvəzləyib.

Qeyd edək ki, karyerası ərzində bir neçə İngiltərə klubuna başçılıq edən N.Pirson 2015-ci ildə “Lester”in Premyer Liqada qalmasında pay sahibidir. Onun rəhbərliyi altında komanda ardıcıl 8 qələbə qazanmaqla xilas olub.