10:52 07-12-2019
news_image
73
FUTBOL

“Rəqabətə hər zaman hazıram” - Xəzər Mahmudov

"Qarabağ" kimi komandaya qarşı hamı çıxış etmək istəyər. Motivasiyam çox yaxşı idi, meydana çıxıb, öz oyununu göstərdim. Oyunumun alınıb-alınmadığını məşqçilər korpusu daha yaxşı bilir".

Apasport.az saytının məlumatına görə, bunu "Keşlə"nin hücumçusu Xəzər Mahmudov deyib.

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz"in qapısından iki top keçirən gənc forvard Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ"a qarşılaşmada start heyətində yer alıb. 

Mahmudov 2:2 hesabı ilə nəticələnən görüşdən sonra uğurlu çıxışını davam etdirəcəyinə inandığını söyləyib: “Bundan sonra da həmin çıxışımı təkrarlaya bilərəm. Rəqabətə hər zaman hazıram. Özümü buna tam hazır hiss edirəm".

Futbolçu ölkə kubokunun 1/4 final mərhələsində "Qarabağ"la keçiriləcək matç barədə də fikir bildirib. O, yarımfinala adlayacaqlarına inanır: "Təbii ki, necə nəticələnəcəyini gələcək göstərəcək. Allahın köməkliyi ilə mərhələni biz keçərik. Məğlubedilməz komanda yoxdur. Biz də qalib gəlib, mərhələni keçmək istəyirik".