15:15 08-12-2019
news_image

Avropa birinciliyində 7 medal

Almaniyada yeniyetmələr arasında keçirilən Avropa birinciliyi başa çatıb. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 7 medalla başa vurub. 

Yığmanın heyətində Mehdi Budaqlı (27 kq) çempion tituluna yiyələnib. Aydın Süleymanov (32 kq), Mürşüd Qasımov (39 kq), Tamerlan Yaqubov (29 kq) gümüş, Elmira Bayrak (22 kq), Süleyman Həsənov (26 kq) və Fərdi Quşxani (35 kq) isə bürünc medala sahib olublar.