12:55 09-12-2019
news_image
258
FUTBOL

Uzun müddət “14 nömrə” oynayanda... - VİDEO

Fransa Liqa1-də kuryoz hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, XVII turun “Monako” – “Amyen” qarşılaşması Temue Bakayokonun qeyri-adi hərəkəti ilə diqqət mərkəzinə düşüb.

“Knyazlıq klubu”nda oyunçu dəyişikliyi edilərkən ehtiyat hakim üzərində 14 rəqəmi yazılan tablonu qaldırıb. Bunu görən T.Bakayoko əvəzlənmək üçün meydan kənarına yollanıb.

Uzun müddət 14 nömrəli formanı geyinən futbolçu artıq formasında 6 yazıldığını unudub. Əslində isə baş məşqçi Leonardo Jardim Keyta Baldeni əvəzləmək istəyib. Sonuncu da yerini Jan-Kevin Oqutenə verib.

Qeyd edək ki, “Monako” bu oyunda 3:0 hesabı ilə qalib gəlib.