14:55 09-12-2019
news_image
273
DİGƏR NÖVLƏR

Rusiyaya qadağa - olimpiadalarda və dünya çempionatında

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, komitə qurumun Uyğunluq üzrə komitəsinin tövsiyəsini yekdilliklə dəstəkləyib.

Bununla da Rusiya Antidopinq Agentliyi (RUSADA) WADA-nın uyğunluq statusundan məhrum edilib. Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək hüququndan məhrum edilib. Bu müddətdə Rusiya idmançıları Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış edə bilməyəcəklər.

İcraiyyə Komitəsi həmçinin rusiyalı dövlət qulluqçuları və Olimpiya və Paralimpiya Komitəsinin rəhbərlərinin beynəlxalq idman tədbirlərini ziyarət etməsinə dördillik qadağa qoyub.