15:39 09-12-2019
news_image
165
FUTBOL

WADA-nın Rusiya ilə bağlı qadağası peşəkar boksa şamil olunmayacaq

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin Rusiya ilə bağlı çıxardığı qərar peşəkar boksa təsir etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov açıqlayıb.

O bildirib ki, peşəkar boksun WADA ilə heç bir bağlılığı yoxdur: “Peşəkar boksun bu qadağalara aidiyyət yoxdur. Orada özlərinin test edən təşkilatları var”.

Qeyd edək ki, Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək hüququndan məhrum edilib. Bu müddətdə Rusiya idmançıları Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış edə bilməyəcək.