17:42 09-12-2019
news_image
290
AVRO-2020

AVRO-2020: Uelsin nümayəndələri Bakıda

Uels Futbol Assosiasiyasının nümayəndələri Bakıya gəlib. 

Apasport.az saytının məlumatına görə, səfərin məqsədi AVRO-2020-nin final mərhələsində qrupun 2 oyununun keçiriləcəyi paytaxtımızla tanışlıq xarakteri daşıyır. 

Seçmə mərhələ zamanı yığmamıza rəqib olan uelslilər bir aydan sonra Bakıya dönərək, infrastruktura, xüsusilə də Bakı Olimpiya Stadionuna baş çəkəcəklər. Onlar final mərhələsi zamanı məskunlaşacaqları bazanı seçəcək, məşq meydançalarını müəyyənləşdirəcəklər. 

Qeyd edək ki, Uels millisi iyunun 13-də İsveçrə, 17-də Türkiyə ilə Bakıda qarşılaşdıqdan sonra Romaya yollanaraq, 21-də İtaliya ilə üz-üzə gələcək.