22:43 09-12-2019
news_image

Azərbaycanlı hakim Gürcüstan çempionatında

Beynəlxalq dərəcəli azərbaycanlı hakimi Asif Şirəliyev Gürcüstan Güləş Federasiyasından (GGF) növbəti dəfə dəvət alıb. 

Apasport.az saytının məlumatına görə, super (I-S) kateqoriyaya sahib olan həmyerlimiz qonşu ölkə çempionatında ədaləti qoruyur. 

O, böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə bu gün start götürən yarışda əsas referilərdən hesab edilir. Batumidə keçirilən yarışa dekabrın 13-də yekun vurulacaq. 

Qeyd edək ki, obyektiv qərarları ilə fərqlənən A. Şirəliyev bununla da 4-cü dəfə Gürcüstan çempionatının referiləri sırasında yer alır.