08:48 10-12-2019
news_image
298
DİGƏR NÖVLƏR

"Bu qərar idmanla əlaqəsi olmayan siyasi xarakter daşıyır" - Vladimir Putin

Ümumdünya Antidopinq Agentliyinin (WADA) qərarı Olimpiya Xartiyasına ziddir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Parisdə “Normandiya formatı”nda keçirilən görüşün yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

WADA-nın qarşıdakı 4 ildə Rusiyada dünya çempionatlarının keçirilməsinə, bunun üçün sifariş verilməsinə, həmçinin bu ölkə təmsilçilərinin Olimpiada və mundiallarda milli bayraq altında iştirakına qadağa qoyulmasına münaisbət bildirən Putin bu qərarın siyasi xarakter daşıdığını söyləyib: " WADA-nın rusiyalı idmançılarla bağlı bu qərarını analiz etmək lazımdır. Rusiya idmançıları beynəlxalq yarışlarda milli bayraq altında iştirak etməlidirlər. Ona görə ki, WADA-nın Rusiya Olimpiya Komitəsinə etirazı yoxdur. Olimpiya Xartiyasında belə yazılıb. Əlimizdə bütün əsaslar var ki, bu qərardan məhkəməyə şikayət edək".

Rusiya lideri ölkəsinin idmançılarına qarşı bu qərarın idmanla heç bir əlaqəsinin olmadığını, məhz siyasi xarakter daşıdığını da vurğulayıb: "Roma hüquqları vaxtından bu yana hər bir cəza individual olmalıdır. Bu və ya digər şəxsə tətbiq edilməlidr. Cəza kolletiv xarakter daşıya bilməz. Bu qərar müəyyən insanlara tətbiq olunub ki, onların qayda pozuntusuna heç bir dəxli yoxdur. Hər kəs bunu anlayır. Hesab edirəm ki, WADA mütəxəssisləri də bunu anlayır. Bu qərarın əsasında dünya idmanını təmizləmək qayğısı dayanmır. Bu qərar idmanla, Olimpiya Hərəkatı ilə ümumi əlaqəsi olmayan siyasi xarakter daşıyır".