09:45 10-12-2019
news_image
67
FUTBOL

Pavel Paşayev "Aleksandriya"dan ayrı düşdü

Azərbaycan millisinin futbolçusu Pavel Paşayev klubu "Aleksandriya"nın növbəti çempionat matçını buraxacaq.

Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, buna səbəb cinah müdafiəçisinin cəzalı olmasıdır.

31 yaşlı oyunçu Premyer Liqanın 17-ci turunda "Vorskla" ilə keçirilən qarşılaşmanın ilk hissəsində sarı vərəqə alaraq cəzalı duruma düşüb. Bu isə o deməkdir ki, Paşayev dekabrın 15-də "Dnepr-1"lə matçda komandasına kömək edə bilməyəcək.

Onunla yanaşı, daha 15 futbolçu Ukrayna çempionatının 18-ci turunu buraxacaq.