12:58 10-12-2019
news_image
202
TOP OYUNLARI

Superliqada növbəti oyunların vaxtı açıqlandı

Kişi basketbolçular arasında Azərbaycan Superliqasının X turunun oyunlarının başlama saatı açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, dekabrın 13-də start götürəcək tur iki gün davam edəcək. 

İlk oyun günündə 1, ertəsi gün 3 matç keçiriləcək. 

Azərbaycan Superliqası
X tur
13 dekabr

18:00. "Zirvə" - "Sərkərdə"

14 dekabr
13:00. "Atom" - "Sıçrayış"
15:00. "Gəncə" - "Xırdalan"
17:00. "80-lər" - "Atletik"