17:06 10-12-2019
news_image
183
DİGƏR NÖVLƏR

Avropa çempionatında ikinci olan atletimizdən rekord

15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Apasport.az saytının məlumatına görə, İsrailin Eylat şəhərində keçirilən çempionatda Azərbaycan ağırlıqqaldıranları da mübarizə aparır.

15 yaşadək atletlərin yarışında qüvvəsini sınayan Nurlan Məmmədzadənin (73 kq) çıxışı uğurlu alınıb. O, birdən qaldırma hərəkətində 115 kq nəticə ilə 5-ci yeri tutub. Atletimiz təkanla qaldırma hərəkətində daha uğurlu nəticəyə imza atıb. Nurlan 145 kq-ı ram edərək bu hərəkətdə 1-ci yeri tutub.

Yeniyetmə atletimiz bununla da öz yaş qrupunun bu çəkisində təkanla qaldırmada yeni rekorda imza atıb. İki hərəkətin cəmində 260 kq (115+145) nəticə göstərən atlet Avropa çempionatının gümüş mükafatçısı olub.

Qeyd edək ki, komandamızın heyətində daha öncə Elşən Məmmədov (61 kq) çempion olub. Rüstəm Qasımov (67 kq) isə təkanla qaldırmada “kiçik bürünc” qazanıb.