09:52 11-12-2019
news_image
250
TOP OYUNLARI

Polina Rəhimova komandasını ikinci pilləyə yüksəltdi

Qadın voleybolçular arasında Braziliya çempionatında növbəti turun oyunları keçirilib. 

Apasport.az saytının məlumatına görə, VIII tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Sesi” lider “Sao Saetano”nun qonağı olub. 

Qarşılaşma təmsilçimizin komandasının asan – 3:0 (25:16, 25:18, 25:22) hesablı qələbəsi ilə başa çatıb. Rəhimova qarşılaşmada 15 xal toplayıb. Hücumda 15 zərbəsi dəqiq alınan voleybolçu digər 2 xalı blokda və topu oyuna daxiletmədə qazanıb. 

Qeyd edək ki, 8 oyundan sonra aktivində 17 xalı olan “Sesi” 2-ci yerə yüksəlib.