16:07 13-12-2019
news_image
69
FUTBOL

Turun futbolçusu müəyyənləşdi - ÇL-də

Çempionlar Liqasında qrup mərhələsinin VI turunun ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti”nin futbolçusu Qabriel Jesus turun oyunçusu seçilib.

O, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin qalibi olub. Q.Jesus digər namizədlər – Arek Milik (“Napoli”), Neymar (PSJ) və Feliş Joaonu (“Atletiko”) qabaqlayıb.