16:26 13-12-2019
news_image
158
FUTBOL

Qurban Qurbanovla Ağasəlim Mircavadovun arasındakı xorvat - 10x10x10

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç yığmamızı 10 oyuna çıxarıb.

Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsinin fevralın 11-dəki qərarı ilə baş məşqçi təyin olunan xorvatiyalı bugünkü iclasda vəzifəsindən azad edilib.

10 ay ərzində komandaya rəhbərlik edən N.Yurçeviç bu 305 gündə 8 seçmə və 2 yoldaşlıq oyununda iş başında olub. Onun yetirmələri yalnız 1 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə uduzub. 8 qolun sevincini yaşayan N.Yurçeviç 20 topun buraxılmasına şahid olub.

10 ayda komandanı 10 matça çıxaran mütəxəssis oyun sayında milli tarixinin 10-cusudur. O, “qonşular”ından Qurban Qurbanovdan 2 matç geri qalırsa, Ağasəlim Mircavadovla Əhməd Ələsgərovu 1 oyun qabaqlayır.

Bu göstəricidə rekord isə Berti Foqtsa məxsusdur – 71 oyun: Vaqif Sadıqov – 33, Robert Prosineçki – 23, Şahin Diniyev – 20, Karlos Alberto Torres – 18, İqor Ponomaryov – 15, Əsgər Abdullayev, Kazbek Tuayev – 13, Qurban Qurbanov – 12, Nikola Yurçeviç – 10, Ağasəlim Mircavadov, Əhməd Ələsgərov – 9, Ələkbər Məmmədov. – 4, Qyoko Hacıyevski – 3, Mahmud Qurbanov, Nazim Süleymanov, Məşqçilər şurası    1.