18:00 13-12-2019
news_image
140
TOP OYUNLARI

Üçqat Azərbaycan çempionu mövsümə “Murov” kimi başlayacaq

Voleybol üzrə kişilərdən və qadınlardan ibarət “Lokomotiv” klubu mövsümə yeni adla başlayacaq. 

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı komanda rəhbərliyi verib. 

“Lokomotiv” sabah start götürəcək Azərbaycan çempionatlarında meydana “Murov” adı ilə çıxacaq. Onların bu adla ilk sınağı Yüksək Liqada “Neftçi” ilə matça təsadüf edəcək. 

Qeyd edək ki, kişilərdən ibarət “Lokomotiv” üçqat Azərbaycan çempionudur.