15:01 14-12-2019
news_image
489
TOP OYUNLARI

Azərbaycan çempionatında yeni komanda

Kişi voleybolçular arasında Yüksək Liqada komanda sayında dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, bu gün start götürən Azərbaycan çempionatına yeni komanda qoşulub.

Bu, "Ekspress" klubudur. Ötən il birinci divizionda çıxış edən komanda bu il son anda Yüksək Liqada mübarizə aparmaq qərarına gəlib. Beləliklə, elitadakı komanda sayı 8-ə yüksəlib.

2019-20 mövsümündə "Ekspress"lə yanaşı, “Neftçi”, “Murov”, “Azərreyl”, MOİK, “Xilasedici”, “Sərhədçi” və Gürcüstan çempionluq uğrunda mübarizə aparacaq.