13:23 20-06-2008
news_image
467
DİGƏR NÖVLƏR

Azərbaycan boksçusu Moskvada keçirilən beynəlxalq turnirin yarımfinalına yüksəlib

Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada olimpiya, 6 dəfə SSRİ, iki dəfə Avropa çempionu Valeri Popençenkonun xatirəsinə həsr olunan beynəlxalq boks turniri start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, ikinci dəfə təşkil olunan yarışa Azərbaycan yığması baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında beş idmançı ilə qatılsa da, turnirin yarımfinalına yalnız Rəhim Nəcəfov yüksəlib. 54 kq çəki dərəcəsində döyüşən həmyerlimiz ukraynalı boksçuya üçüncü raundda tam üstünlüklə qalib gəlib. Minimum bürünc medalı özü üçün təmin edən R.Nəcəfov bu gün yarımfinalda qazaxıstanlı Albasinovla qarşılaşacaq. Digər təmsilçilərimiz isə mübarizəni ilk döyüşdə dayandırıblar. Fərhad Acalov (64 kq), qazaxıstanlı Aşırova 1:17, Emil Məhərrəmov (69 kq) rusiyalı Şidayevə 16:18, Rüfət Xairbəyov (81 kq) tunisli Sahraçiyə 0:22, Azər Məmmədov (91 kq) isə moldovalı Myuntyuna 4:8 hesabı ilə uduzub. Turnirə iyunun 22-də keçiriləcək final döyüşləri ilə yekun vurulacaq.