12:27 16-12-2019
news_image
141
FUTBOL

Kuman istefaya göndərildi

Niderland millisinin sabiq futbolçusu Ervin Kuman baş məşqçisi olduğu Oman yığmasından istefaya göndərilib.

Apasport.az saytının məlumatına görə, mütəxəssis Asiya təmsilçisini bir ildən az çalışdırıb.

Baş məşqçi istefasına noyabr və dekabrda baş tutan İran körfəzinin Millətlər kubokundakı uğursuzluq səbəb olub. Hərçənd DÇ-2022-nin seçmə mərhələsində 2-ci olan omanlılar növbəti mərhələ şansını qoruyurlar.

Qeyd edək ki, E.Kuman Niderland yığmasının baş məşqçisi Ronald Kumanın böyük qardaşıdır. Bunadək böyük qardaş “Everton” və “Sauthempton”da onun köməkçisi olub. 2018-ci ildə “Fənərbaxça”da çalışan E.Kuman 2019-cu ilin martından Oman yığmasına rəhbərlik edirdi.