12:48 16-12-2019
news_image
234
TOP OYUNLARI

“Dinamo”nun avrokubok matçında azərbaycanlı hakim

Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli hakim Zaur Hacıyevə növbəti təyinat göndərib. 

Apasport.az saytının məlumatına görə, təmsilçimiz bu dəfə qadın voleybolçular arasında keçirilən CEV kubokunun 1/16 final mərhələsində iş başında olacaq. 

O, “Dinamo” (Kazan, Rusiya) ilə “Potsdam” (Almaniya) arasında cavab görüşündə ikinci hakim funksiyasını yerinə yetirək. Dekabrın 18-də Kazanda baş tutacaq oyunda əsas referi isə türkiyəli Bülənt Bozkurt olacaq. 

Qeyd edək ki, bu komandaların ilk qarşılaşmasında rusiyalılar 3:2 hesabı ilə qalib gəliblər.