12:54 17-12-2019
news_image

“Bu il mənim üçün çox uğurlu oldu” - Rüstəm Orucov

“Bu il mənim üçün çox çətin, həmçinin uğurlu oldu”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov özünün feysbuk səhifəsində yazıb. 

73 kq çəki dərəcəsində dünya reytinqinə başçılıq edən Olimpiya mükafatçısı başa çatmaqda olan 2019-cu ili dəyərləndirib. Artıq yarışlar bitdiyindən Orucov ili özü üçün uğurlu sayıb: “Avropa Oyunlarında və dünya çempionatlarında gümüş medal qazandım. Sizlərin sayəsində üçüncü dəfə dünya reytinqi sıralamasında lider oldum. Mənə inanan və sevgi bəsləyən hər kəsə təşəkkür edirəm!”. 

O, yeni ildə əsas hədəfinin Tokio Yay Olimpiya Oyunları olduğunu qeyd edib.