10:23 20-12-2019
news_image
219
TOKİO-2020

Tokio-2020: Rusiyalı güləşçilər neytral statusda çıxış etməyə hazırdırlar

Rusiya güləşçiləri 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında neytral bayraq altında çıxış etməyə hazırdırlar.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb.

O bildirib ki, yarışın əsas favoritlərindən olan Rusiya yığması Olimpiadada iştirak üçün qərarı gözləyir: “Biz ölkəmizlə birlikdə olacağıq, qoy heç kim bizə şübhə etməsin. Bizə ümid edən dövlətin, ölkənin bir parçasıyıq. Əgər neytral bayraq altında çıxış etməyimizi desələr, bunu gerçəkləşdirəcəyik. Getməməyimizi desələr Rusiyada qalacağıq. Başadüşüləndir ki, belə vəziyyətdə ölkə xaricinə qaçacaq yaramazlar tapılacaq. Onlar iki illik karantindən sonra başqa ölkələr üçün çıxış etməyə başlayacaq. Amma belə insanlar həmişə olub”.

Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin qərarı ilə Rusiya idmançıları 4 il müddətində Olimpiya və Paralimpiya Oyunları, həmçinin dünya çempionatlarında milli bayraq altında çıxış edə bilməz.