16:18 21-12-2019
news_image
285
TOP OYUNLARI

“Azərreyl” mövsümə məğlubiyyətlə başladı - YENİLƏNİB

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bir oyun keçirilib. 

Apasport.az saytının məlumatına görə, I tur çərçivəsində baş tutan qarşılaşmada MOİK debütant “Azərreyl”i sınağa çəkib. 

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində təşkil olunan oyun "hərbiçilər"in qələbəsi ilə yekunlaşıb. Heyətində daha təcrübəlilərin yer aldığı MOİK debütant üzərində 3:0 hesablı qələbəyə sevinib. 

Azərbaycan Yüksək Liqası
I tur
15:00. MOİK – “Azərreyl” - 3:0 (25:18, 25:16, 25:20)

Qeyd edək ki, I turun ilk matçında “Neftçi” “Murov”a 3:0 hesabı ilə qalib gəlib.