14:42 21-12-2019
news_image
159
DİGƏR NÖVLƏR

Boyanka Kostova “Qətər kuboku”nda çempion oldu

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Dohada keçirilən “Qətər kuboku”nda qızıl medal qazanıb. 

Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş atlet Tokio-2020 Olimpiya Yay Oyunlarına lisenziya xarakterli yarışda bütün rəqiblərini qabaqlayıb. 

59 kq çəki dərəcəsində mübarizə aparan Kostova 221 kq (101+120) nəticə ilə çempion tituluna yiyələnib. 

Qeyd edək ki, turnir dekabrın 24-dək davam edəcək.