12:41 21-06-2008
news_image
513
DİGƏR NÖVLƏR

Azərbaycan boksçuları sabah Avropa çempionatında mübarizəyə başlayacaqlar

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın boks üzrə yeniyetmələrdən ibarət milli komandasının üzvləri sabah Bolqarıstanın Plovdiv şəhərində start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaqlar. “APA-Sport” agentliyinin məlumatına görə, bu məqsədlə baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında Plovdivə 9 idmançımız ezam edilib. Avropa çempionatında Salman Əlizadə (46 kq), Elnur Zeynalov (48 kq), Elnur Əliyev (50 kq), Elvin İsayev (52 kq), Fərid Mansurov (54 kq), Elçin Məmmədov (57 kq), Tamerlan Abdullayev (60 kq), Samir Hacılı (66 kq) və Murad Ağayev (70 kq) gücünü sınayacaq. İyunun 28-də başa çatacaq turnirin hakimlər korpusunda isə milli komandamızın sabiq üzvü, dünya kubokunun qalibi Rövşən Hüseynov yer alacaq.