15:51 24-12-2019
news_image
405
DİGƏR NÖVLƏR

"Apasport"un baş redaktoru təltif edildi

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2019-cu ilə yekun vurub.

Apasport.az saytının məlumatına görə, bununla bağlı Binə Atçılıq Mərkəzində tədbir keçirib.

Yığıncaqda Azərbaycanda idmana göstərilən dövlət qayğısından, idmanın kütləviləşməsindən və bölgələrdə fəaliyyət göstərən olimpiya idman komplekslərindən söhbət açılıb.

Daha sonra atçılıq idmanı ilə bağlı videoçarx nümayiş etdirilib. Burada il ərzində keçirilən yarışlar, qazanılan uğurlar öz əksini tapıb.

Ardınca ARAF prezidenti Elçin Quliyev 2019-cu ildə təşkil olunan atçılıq tədbirlərinin yüksək səviyyədə işıqlandırılmasında göstərdiyi xidmətlərə görə fərqlənən jurnalistləri təltif edib. Onların sırasında "Apasport"un baş redaktoru Tahir Hümmətov və APA TV-nin müxbiri İlahə Vəliyeva da var.