09:29 25-12-2019
news_image
300
FUTBOL

Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Türkiyə ilə qarşılaşacaq.

Oyun mayın 26-da baş tutacaq. Görüş Türkiyənin Antalya şəhərində keçiriləcək.

Qeyd edək ki, oyun “ay-ulduzlular”ın AVRO-2020-nin final mərhələsinə hazırlığı çərçivəsində baş tutacaq.