09:12 26-12-2019
news_image
252
TOP OYUNLARI

Hücumçumuz Braziliyada 3 nominasiyada birinci oldu

Qadın voleybolçular arasında Braziliya Superliqasının statistikası açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, 2019-cu ilin yekununa əsasən müəyyənləşən siyahıda “Sesi”nin şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Polina Rəhimova da yer alıb. 

Təmsilçimiz çempionatın arxada qalan hissəsində 8 nominasiyadan 3-də birinci olub. Yığmamızın lideri bombardirlər yarışında ili hamıdan öndə başa vurub. O, 11 matçın 42 setində komandasına 234 xal qazandırıb. 

Rəhimova orta hesabla hər hissədə yığılan toplarda da birincidir. Voleybolçumuz bu nöminasiyada 5,57 faiz göstərici ilə rəqiblərini arxada qoyub. 
 
Hücumçu seyv sayında da liderdir. Onun 21 topu komandasına birbaşa xal gətirib. 

Qeyd edək ki, Rəhimovanın şərəfini qoruduğu “Sesi” 11 matçdan 19 xal toplayıb və 12 komanda arasında 5-cidir.