12:40 26-12-2019
news_image
266
DİGƏR NÖVLƏR

Azərbaycanda 2 idmançı dopinq testdən imtina etdi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 2019-cu ildə aşkarladığı 16 qayda pozuntusunun növləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli açıqlayıb. 

O, ilin yekunları bağlı keçirilən mətbuat konfransında bildirib ki, 13 halda qeyri-əlverişli analiz nəticəsi, 2 dəfə testdən imtina, 1 dəfə dopinq nəzarəti prosesinə müdaxilə aşkarlanıb. "Qeyri-əlverişli analiz nəticələrindən 7-si idmançının analizində anabolik vasitələr, 3-də diuretiklər və gizlədici maddələr, 2-də stimulyantlar, 1-də qlukokortikoidlər aşkarlanıb". Qeyd edək ki, başa çatmaqda olan 2019-cu ildə idmançılardan 1350 test götürülüb.