12:50 26-12-2019
news_image
111
DİGƏR NÖVLƏR

AMADA il ərzində xəbərdarlıq etdiyi idmançıların sayını məlum oldu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 13 idmançıya xəbərdarlıq edib.

Apasport.az saytının məlumatına görə, bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli açıqlayıb.

O, ilin yekunları bağlı keçirilən mətbuat konfransında bildirib ki, buna idmançıların davranışları səbəb olub. Belə ki, 4 dəfə idmançıya məkanın məlumatlandırılmaması, 9 dəfə testin buraxılmasına görə xəbərdarlıq olunub. 

Qeyd edək ki, üç xəbərdarlıq bir qayda pozuntusu hesab olunur.