13:48 27-12-2019
news_image

“Əsas məqsədim Olimpiadaya qatılmaq və yaxşı nəticə qazanmaqdır” – Hacı Əliyev

“2019-cu il mənim üçün həqiqətən də uğurlu oldu. 3-cü dəfə Avropa çempionu adlını qazandım. Avropa Oyunlarında da qızıl medala yiyələndim”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının güləşçisi Hacı Əliyev deyib.

Sərbəst güləş üzrə üçqat Avropa çempionu 2019-cu ilin yekunlarına həsr olunan tədbirdə 11 ən yaxşı idmançı sırasına düşüb. O, tədbirdən sonra jurnalistlərə açıqlamasında həm ötən ili dəyərləndirib, həm də 2020-ci il barədə gözləntilərini açıqlayıb: “İstəyərdim ki, dünya çempionatında da yaxşı nəticə göstərim və Olimpiya Oyunlarına lisenziya qazanım. Lakin bu yarışda mənə qarşı bir az haqsızlıq edildi və məğlub oldum. Ona görə də lisenziya qazana bilmədim. 2020-ci ilin uğurlu olmasını, yaxşı nəticələr əldə etmək və lisenziya vəzifəsinin öhdəsindən gəlməyimi istəyirəm. Əsas məqsədim Tokio Olimpiadasına qatılmaq və orada yaxşı nəticə qazanmaqdır. Çalışacağam ki, buna nail olum. İdmanda söz vermək çətindir. Mən istəyirəm ki, Olimpiya Oyunlarında yaxşı nəticə göstərim. Zədələrdən, hakim haqsızlıqlarından uzaq olaq, bunu bacararıq”.