00:28 03-01-2020
news_image
158
FUTBOL

“Milan” Zlatan İbrahimoviçi təqdim etdi

İtaliyanın “Milan” klubu yeni transferi Zlatan İbrahimoviçin təqdimat mərasimini keçirib.

Apasport.az saytının məlumatına görə, isveçli hücumçu ilə sonradan bir illik uzadılmasının mümkünlüyü şərtilə mövsümün sonunadək müqavilə imzalanıb.

Z.İbrahimoviç 21 nömrəli forma ilə çıxış edəcək. Artıq hücumçu A seriyasında qeydiyyatdan da keçib və yanvarın 6-da A seriyasının “Sampdoriya” ilə matçında meydana çıxa bilər.

Qeyd edək ki, Z.İbrahimoviç 2010-12-ci illərdə də “Milan”ın formasını geyinib. 38 yaşlı skandinaviyalının son klubu ABŞ təmsilçisi “Los Anceles Qalaksi” olub.