10:48 23-06-2008
news_image
508
STOLÜSTÜ OYUNLAR

Nicat Məmmədov İspaniyada keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçıları İspaniyanın Reus şəhərində keçirilən sürətli şahmat üzrə beynəlxalq turnirdə uğurlu çıxış ediblər. “APA-Sport” agentliyinin məlumatına görə, 18-ci dəfə təşkil olunan yarışın qalibi adını 9 oyundan 7,5 xal toplayan Nicat Məmmədov qazanıb. Eyni göstəriciyə malik Azər Mirzəyevlə Rəşad Babayev müvafiq olaraq ikinci və üçüncü yeri tutub. Sonuncu təmsilçimiz Rəsul İbrahimov 6,5 xalla 9-cu olub. Turnirdə 127 şahmatçı mübarizə aparıb.