21:21 04-01-2020
news_image

Boksçularımız ilin ilk toplanışında

Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib. 

Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Umberto Orta Dominqes hazırlığa 18 boksçu dəvət edib. 

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı 9 gün davam edəcək və yanvarın 12-də başa çatacaq. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək. 

Toplanış yanvarda Tailandda baş tutacaq beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə keçiriləcək Əhməd Comərdin xatirəsinə həsr olunmuş turnirə hazırlıq xarakteri daşıyır.